ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Fransaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Məlumata görə, Blinken Fransaya Paris-Vaşinqton münasibətlərinin yoluna qoymaq üçün gedəcək. Səfərin oktyabrın 4-dən 6-na qədər davam edəcəyi vurğulanıb.