Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 3 088 yoluxma halı qeydə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 842 587 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 10 354 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 3 959 nəfər, hazırkı dövrədək isə 762 049 nəfər sağalıb.