Bu gün Norveçdə Stortinqə - birpalatalı parlamentə - seçkilər keçiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, seçkilər sentyabrın 13-ü keçirilməli olsa da, bəzi bələdiyyələrdə sentyabrın 12-si də səsvermə baş tutub.
Vaxtından əvvəl səsvermə hüququna 1,6 milyondan çox seçici malikdir, bu isə səsvermə hüququ olan bütün seçicilərin 42 faizini təşkil edir.
Sentyabrın 13-ü səsvermə saat 09:00-dan 21:00-dək (Bakı vaxtı ilə 11:00 - 23:00) keçiriləcək .
Qeyd edək ki, 2013-cü ildən bəri Norveç Krallığını "Höyre" partiyasının rəhbərliyi altında baş nazir Erna Sulberqin başçılıq etdiyi hakimiyyət koalisiyası idarə edir.