İranda 4,4 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 172 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.