Pakistan Hərbi Hava Qüvvələri Talibana Pəncşiri ələ keçirməkdə kömək ediblər.
Axar.az xəbər verir ki, bu barədə Hindistanın “Daily Pioneer” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Pakistan Pəncşir vadisinin bombardman edilməsi üçün Talibana 3 pilot və 4 JF-7 qırıcısı göndərib. Pakistan aviasiyası Pəncşirə 20 dəfə döyüş uçuşu həyata keçirib. Bundan başqa əməliyyata xüsusi təyinatlı qüvvələrdən ibarət qrup və Pakistan ordusunun 11-ci korpusu da qoşulub.
Pakistanın “Doun” nəşri isə Hindistanın mətbuatnın yaydıqlarını feyk adlandırıb. Pakistan təyyarəsinin vurulduğunu göstərən fotonun əslində ABŞ-da 2018-ci ildə təyyarə qəzasına məxsus olduğu bildirilib. Pakistan nəşri qeyd edib ki, PUA-ların Pəncşirə hücumunun səs yazısı isə “Arma” kompüter oyununa və F-15 təyyarəsinin Uelsdəki uçuşuna aiddir.
Qeyd edək ki, bir müddət öncə Əfqanıstan Milli Müqavimət Cəbhəsi Fəhim Dəştinin ölümündə Pakistanı günahlandırmışdı. Cəbhənin iddiasına görə, Dəşti Pakistan aviasiyasının bombardmanı nəticəsində həlak olmuşdu.