ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 2020-ci ildə Ukrayna hökumətinə Belarus ərazisində 33 Rusiya vətəndaşının saxlanması ilə bağlı əməliyyatın hazırlanmasına dəstək verib.
Axar.az xəbər verir ki, bu məlumatı CNN televiziyası Ukrayna kəşfiyyatındakı mənbələrinə istinadən yayıb.
Televiziya MKİ-nin Ukrayna kəşfiyyatına pullarla, eləcə də texniki dəstək və konsultasiyalarla yardım etdiyini bildirib. Bununla bərabər MKİ-nin əməliyyatda birbaşa iştirak etmədiyi vurğulanıb.
Qeyd edək ki, iyulda Belarus hökuməti 33 rusiyalını saxladığını açıqlamışdı. Onlar kütləvi iğtişaşların hazırlanmasında günahkar bilinmişdi. Minsk bu şəxslərin “Vaqner” özəl hərbi şirkətinin üzvləri olduğunu söyləmişdi.