Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçyev həlak olub.
Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
55 yaşlı nazir təlim zamanı xidməti vəzifəsini icra edərkən həlak olub.
Yevgeni Ziniçyev təlim zamanı uçurumun kənarından sürüşən çəkiliş qrupunun əməkdaşını xilas etməyə cəhd edərkən özü də yıxılaraq həlak olub. Çəkiliş qrupunun əməkdaşını da xilas etmək mümkün olmayıb.