Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gərginliyi artıran və iqtisadiyyata zərər verən anlaşılmazlıqları nəzarətə aldı.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters"in məlumatında deyilir.
"Səlahiyyətlilər və diplomatlar illər boyunca təhqirlərdən sonra əzəli düşmənlər Türkiyə və BƏƏ-nin, Liviya daxil olmaqla, bir çox sahədə gərginliyi azaltdığını düşünürlər. Hər iki ölkə arasında ciddi siyasi fərqliliklər və ideoloji ayrılıqlara baxmayaraq, iqtisadi mövzulara köklənməsi gözlənilir", - deyə bildirilib.
Məqalədə deyilir ki, hələ bir il öncə Ərdoğan İsraillə diplomatik əlaqələri gücləndirən BƏƏ ilə əlaqələri kəsəcəyini söyləmişdi. Buna baxmayaraq, bu gün BƏƏ rəsmiləri Türkiyə ilə səhiyyə, enerji, logistika, ticarət sahələrində əlaqələrin inkişaf edəcəyindən əmindir.