Nigeriyada vəba epidemiyası qurbanlarının sayı 2 141 nəfərə çatıb.
Milli.Az report-a istinadən bildirir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi (NCDC) bildirib.
Vəba epidemiyası yanvarın əvvəlindən yayılmağa başlayıb. Epidemiya 23 ştatda, o cümlədən paytaxtda yayılıb.
Bu dövrdə ümumilikdə 65 145 nəfərdə vəba aşkarlanıb.
Ən çox yoluxma (10 343) Kano ştatında aşkarlanıb. Vəbadan ən çox ölüm Kasina ştatında qeydə alınıb. Həmin ştatda 150 insan vəbanın qurbanı olub.
Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzin direktoru Çikve İxekveazunun sözlərinə görə, vəbaya yoluxanların 26 %-i 5-14 yaşlı uşaq və yeniyetmələrdir.
Hökumət əhalini şəxsi gigiyena qaydalara ciddi riayət etməyə çağıraraq, təhlükəli xəstəliyin yayılmasının qarşısının alınması üçün tədbirlər görür.