Səudiyyə Ərəbistanında məktəblərə yeni qadağalar tətbiq olunub.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi qərar qəbul edib.
Yeni qadağalara əsasən, məktəblərdə mobil telefondan istifadə etmək olmaz. Eyni zamanda, təhsil müəssisələrinin şəkillərini çəkmək qadağan olunub.