Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Krakov "Visla"sına qarşı keçirdikləri VI tur matçında komandasının ən yaxşısı seçilib.
Milli.Az "Report"a istinadən bildirir ki, "Legia.net" nəşri Varşava təmsilçisinin oyunçularını 1 - 10 arasında qiymətləndirib.
Azarkeşlər arasındakı səsvermənin yekununda Emreli komanda yoldaşlarını geridədə qoyub - 5,83.
Qeyd edək ki, qarşılaşma "Legiya"nın 0:1 hesablı məğlubiyyəti ilə bitib. Emreli 65-ci dəqiqədə rəqib qapısına yol tapsa da, qol qeydə alınmayıb.