İranda ötən sutka ərzində 614 nəfər koronavirusdan (COVID-19) ölüb, 26 034 nəfər yoluxub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 105 901 nəfərə, yoluxanların sayı isə 4 895 448 nəfərə çatıb. Virus daşıyıcılarından 7 845 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 4 117 098 nəfər koronavirusdan sağalıb, 28,5 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 25,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 18 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 7,56 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 306 rayon qırmızı, 110 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 32 rayon sarı zona hesab olunur.