İraqın Bəsrə vilayətində ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, Küveyt sərhədindəki Savfan şəhərinin Cirişan sərhəd keçid məntəqəsi yaxınlığında yerləşən bazaya 3 raket atılıb.
Raketlərdən 2-si bazanın yaxınlığına, biri isə Küveyt ərazisinə düşüb.
Hücum nəticəsində hər hansı itkinin olması barədə məlumat verilmir.