İsraillilər və fələstinlilər üçün sülhün və təhlükəsizliyin yaxşılaşdırılması yollarını müzakirə edəcəyik.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Naftali Bennettlə görüşündə bildirib.
"İran təhdidini və bu ölkənin heç vaxt nüvə silahı istehsal etməməsinə dair öhdəliyimizi müzakirə edəcəyik, ancaq diplomatiyanı əsas tuturuq. Bunun bizi hara apardığını görəcəyik, amma diplomatiya uğursuz olarsa, başqa variantlara müraciət etməyə hazırıq", - Bayden vurğulayıb.