Əfqanıstanda son 20 ilin qazanclarını qorumaq üçün Talibanla dialoq davam etməlidir. Bu, beynəlxalq ictimaiyyətin Talibanla danışması lazım olan məsələdir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış edib.
Əfqanıstanın yenidən terroru qidalandıran bir məkana çevrilmək riski altında olduğunu deyən Merkel bu ölkədə Taliban həqiqətinin qəbul edilməsinin çətin olduğunu, ancaq bu reallıqla çalışmaq məcburiyyətində olduqlarını vurğulayıb:
"Əfqanıstanda ehtiyacı olan insanlara və qonşu ölkələrdəki qaçqınlara dəstək olmalıyıq. Bu mövzunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da müzakirə etdim".
Merkel Əfqanıstandan təxliyə əməliyyatlarını mümkün olduğu qədər davam etdirəcəklərini qeyd edib.