Almaniya kansleri Angela Merkelin Ukraynaya səfəri Prezident Vladimir Zelenski üçün heç bir irəliləyiş gətirmədi, Kiyev Minsk razılaşmalarının icrasını sabotaj etməyə davam edəcək.
Axar.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski səsləndirib.
O qeyd edib ki, Almaniya kansleri Minsk razılaşmalarının həyata keçirilməsində gözlə görülən bir irəliləyiş olmadığını bildirib:
"Zelenski isə sülh planına dair Normand dördlüyünün konsolidasiya edilmiş mövqeyinin zəruriliyinə dair protokol ifadəsi səsləndirib. Bağışlayın, bütün bu müddət ərzində Minsk razılaşmalarını və Paris müqavilələrini pozmaqla məşğul olan Kiyev idi".