Pakistanın Bəlucistan əyalətinin Qvadar liman şəhərində terrorçuların Çin iş adamlarının maşın karvanına hücumu nəticəsində iki uşaq həlak olub.
Terror aktı nəticəsində bir neçə nəfər yaralanıb.
Axar.az xəbər verir ki, hadisə Pakistan-Çin iqtisadi dəhlizinin tərkib hissəsi olan, Pakistanı Çinin Sincan Uyğur Muxtar rayonu ilə birləşdirən magistral yolun çəkilişi zamanı baş verib.
Çinin Pakistandakı Səfirliyi bu terror aktını pisləyib. Səfirlik əmin olduğunu bildirib ki, terrorçular tapılacaq və cəzalarını alacaqlar.