Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 901 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 510 941, xəstəlikdən ölənlərin sayı isə 6 723 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 443 763 nəfərin sağaldığı bildirilir.