İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 414 nəfər yoluxub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 970 607 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 25 nəfər ölüb və ölənlərin ümumi sayı 6 748 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 901 890 nəfəri sağalıb, aktiv xəstələrin sayı 61 969 nəfərə qədər artıb.