Yeni hökumət qurulacağı müddətcə beynəlxalq birlik Əfqanıstana təzyiq etmək əvəzinə dəstəyini açıqlamalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Çin xarici işlər naziri Vanq Yi deyib.
“Dünya ictimaiyyəti Əfqanıstanı müsbət yöndə qiymətləndirməli və yönləndirməlidir. Əfqanıstan geosiyasi savaş meydanına çevrilməməlidir. Ölkənin müstəqilliyinə və xalqın iradəsinə hörmət edilməlidir”, - deyə XİN rəhbəri bildirib.