Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 348 yoluxma halı qeydə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 723 064, ölənlərin sayı isə 8 106 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 5 886 nəfər, hazırkı dövrədək isə 597 850 nəfər sağalıb.