Amerika Birləşmiş Ştatları səfirliyi səfir Örl Litzenberqerin Naxçıvana səfəri ilə bağlı açıqlama yayıb.
Axar.az xəbər verir ki, açıqlamada deyilir:
"Bazar ertəsi günü səfir Litzenberger, Naxçıvan Muxtar Respublikasına ilk səfərində səmimi bir şəkildə qarşılandı. Səfər zamanı səfir yerli hökumət rəsmiləri, alimlər və ABŞ-ın maliyyələşdirdiyi layihələrin rəhbərləri və təqaüdçülərlə görüşdü. O, həmçinin Naxçıvanın ən əhəmiyyətli mədəni və tarixi irsinə aid yerlərini ziyarət etdi. Amerika Birləşmiş Ştatları Azərbaycanın bölgələrində yaşayan insanların böyük potensiala malik olmasına inanır. Biz ümid edirik ki, bu səfər Amerika Birləşmiş Ştatları və Naxçıvan arasında əlaqələri gücləndirəcək və daha çox naxçıvanlıları ABŞ tərəfindən təşkil olunan mübadilə və təqaüd proqramlarında iştirak etməsinə təkan verəcək".