Zangəzur Dəhlizi region ölkələrinə böyük fayda verəcək strateji infrastruktur layihəsidir.
Bunu Trend-ə amerikalı ekspert Peter Teyss deyib.
"Lakin bir neçə ölkəni birləşdirən infrastruktur və iqtisadi layihələrə dair Ermənistan orta əsrlər mövqeyini nümayiş etdirir. Təəssüf ki, Nikol Paşinyan ölkəsinin iqtisadiyyatını gücləndirəcək, maliyyə və pul siyasətini konsolidasiya edəcək aktiv infrastruktur layihələrinə deyil, şəxsi saat kolleksiyasını necə genişləndirəcəyinə daha çox diqqət yetirir. Zangezur Dəhlizi Ermənistan, Azərbaycan, İran və Rusiyaya böyük fayda verəcək strateji bir infrastruktur layihəsidir", - ekspert deyib.
Onun sözlərinə görə, Ermənistanın atdığı addımlar praqmatizmin olmadığını göstərir. Eyni zamanda, Bakı dəmir yolu infrastrukturunu, logistika parklarını və bölgə ölkələrinin iqtisadi inteqrasiyasını sürətləndirəcək sistemini özündə birləşdirən strateji yol xəritəsini irəli sürür.
Teys qeyd edib ki, 1992-ci ildə Sovet İttifaqı dağılandan bəri bütün Qafqaz regionunu fəlakət uçurumuna sürükləməyə çalışan ən durğun oyunçu və qeyri-səmimi aktyor Ermənistan olub.