Əfqanıstandakı hazırki vəziyyət Rusiya üçün ciddi təhlükədir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya qəhrəmanı, 1996-cı ildə Taliban əsirliyindən qaçmış Vladimir Şarpatov deyib.
“Əfqanıstanda baş verənlər məni çox narahat edir. Azadlıqda olduğum gündən bəri mən prosesləri izləyirəm. Xüsusən son dövrlər, amerikalıların ağalıq etdiyi dönəmdə... Dostlarım oradan (Əfqanıstandan – red.) mənə taliblərin necə rəhbərlik etməsi barədə video-epizodlar göndərir. Talibanın rəqiblərinə qarşı zorakı, sərt davranışları mənə olduqca pis təsir edir. Buna görə gecələr yatmıram”.
Şarpatov əsirlikdə olduğu dönəmlərdə taliblərin onunla planlarını bölüşdüyünü də söyləyib:
“Onlar deyirdilər ki, Asiya respublikaları da bizə birləşəcək. Mən isə dedim ki, Asiya ölkələri bununla razılaşmayacaq axı... Onlar isə “Biz onları məcbur edəcəyik, heç yerə gedə bilməzlər” deyirdilər".