İsrail ordusu ölkənin hava məkanını pozan Hizbullah qruplaşmasına aid PUA-nı vurub.
Axar.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
“ÇAXAL qüvvələri İsrailin hava məkanına daxil olan Hizbullaha aid pilotsuz aparatı məhv edib. İsrail müdafiə ordusu insident boyu dronu izləyib. İsrail müdafiə qüvvələri yəhudi dövlətinin suverenliyini pozmaq cəhdlərinin qarşısını almağa davam edəcək”, - məlumatda qeyd olunub.