Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 769 yoluxma halı qeydə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 618 513, ölənlərin sayı isə 5 402 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 7 696 nəfər, hazırkı dövrədək isə 507 661 nəfər sağalıb.