ABŞ Kiyevlə əlaqələrə xüsusi önəm verir, lakin heç kimə də borcu yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin deyib.
O bildirib ki, Vaşinqton hər şeydən öncə öz mənafeyini düşünür:
“Ukrayna sadəcə bizi maraqlandırır. Bayden amerikalılar tərəfindən ABŞ-ın mənafeyini qorusun deyə seçildi. Yəni daim Baydenin bizə xəyanət etdiyini deməyə gərək yoxdur”.
Klimkin əlavə edib ki, Vaşinqton və Berlin arasında “Şimal axını – 2” kəməri ilə bağlı əldə edilən razılaşmanın detalları çox az sayda insana məlumdur və müqavilə gələcəkdə ABŞ-a manevr etmək fürsəti qazandıracaq.