Türkiyənin cənub-şərqindəki Siirt vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına mənsub 2 nəfər zərərsizləşdirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Qeyd olunub ki, bölgədə "Ərən-13" antiterror əməliyyatları davam etdirilir.
Təhlükəsizliyin təmin olunmasına jandarm xüsusi qüvvələri, PUA-lar, eləcə də Hərbi Hava Qüvvətlərinə məxsus helikopterlər nəzarət edir.