İranda ötən sutka ərzində 409 nəfər koronavirusdan (COVID-19) ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 92 194 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 39 357 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4 019 084 nəfərə çatıb. Virus daşıyıcılarından 5 959 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 3 444 798 nəfər koronavirusdan sağalıb, 26,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 14 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 11,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,89 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 285 rayon qırmızı və 110 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 53 rayon sarı zona hesab olunur.