ABŞ üzgüçüsü Keti Ledeki nadir təsadüf olunan nailiyyətə imza atıb.
Milli.Az apasport.az saytına istinadən xəbər verir ki, 24 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında 800 m məsafəyə sərbəst üsulla üzməkdə çempionluq yaşayıb.
O, 7-ci dəfə Olimpiada qızılına sahib çıxıb. Bunların altısı fərdi, biri estafetdə əldə olunub.
Ledeki yarışın tarixində 7 və daha çox qızıl medal qazanan ikinci qadın üzgüçü olub. Rekord isə Cenni Tompsona məxsusdur. ABŞ üzgüçüsü 8 dəfə çempionluğa sevinib. Amma onun bütün uğurları estafetdə qeydə alınıb.