Türkiyə Olimpiya yığması Tokio-2020-də ilk qızıl medalını qazanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qardaş ölkə yığmasının oxatanı Mete Qazoz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, 22 yaşlı idmançı kişilərin fərdi yarışında bu uğura nail olub.
Bu həm də Türkiyə yığmasının tarixində oxatma yarışlarında ilk qızıl medalı olub.