Almaniya kansleri Angela Merkel Ukraynanın maraqlarını satıb.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Donbasla bağlı üçtərəfli kontakt qrupundakı nümayəndə heyətinin üzvü, Prezident Administrasiyasının ştatdankənar müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniyaya səfəri və kanslerlə danışıqları nəticəsiz olub.
Arestoviç Zelenskinin Merkellə “Şimal axını 2” və Minsk razılaşmasının icrası ilə bağlı ümumi dil tapa bilmədiyini deyib:
“Qərb ölkələri Çinin təsirinin artmasından narahatdırlar və Rusiya ilə razılaşmağa hazırdırlar. Belə baş düşürəm ki, almanlar bunu milli maraqların müdafiəsi adlandırırlar. Ukrayna üçün bu dəyər ağır ola bilər. Hətta Baydenin ətrafında da belə adamlar var”.