Belçikanın cənubunda baş verən son 20 ildə ən güclü daşqın qurbanlarının sayı 11 nəfərə çatıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə yerli RTBF telekanalı məlumat verib.
"Səlahiyyətli orqanlar 11 nəfərin ölümünü təsdiqləyib. Üç xilasedici qayıqlarının palçıq axınında aşmasından sonra itkin düşənlər siyahısına daxil edilib", - kanal bildirib.
Şəhərlərin küçələrində suyun səviyyəsi 50-60 santimetrə çatır, bəzi hallarda isə metrə qədər qalxır. İyirmidən çox ev palçıq axınları ilə dağıdılıb. Xilasedicilər köməksiz qalan sakinləri evakuasiya etmək üçün motorlu qayıqlar və helikopterlərdən istifadə edirlər.