Tayvanın şərq hissəsində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in adanın Mərkəzi meteoroloji idarəsinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hualan şəhərindən 2,8 kilometr məsafədə, ocağı isə 6,8 kilometr dərinlikdə yerləşib. Qeyd olunur ki, bu zəlzələdən sonra qısa müddət ərzində 13 daha az maqnitudalı yeraltı təkan baş verib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Xatırladaq ki, 23 milyon əhalisi olan Tayvan adası iki tektonik plitənin kəsişdiyi dünyanın ən seysmik aktiv zonalardan birində yerləşir.