Ermənistanın Zəngəzur Mis-molibden kombinatında axtarışdan sonra müəssisənin iki əməkdaşı saxlanılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kombinatdakı xidməti kompüter və mühasibatlığa aid sənədləri müsadirə ediblər.
Bir müddət əvvəl isə müəssisənin 5 əməkdaşı saxlanılmışdı.
Qeyd edək ki, iyulun 14-də kombinatda xidmətin xüsusi təyinatlıları əməliyyat keçirib.