Ermənistan xarici işlər nazirinin birinci müavini vəzifəsinə Armen Qriqoryanın təyin edilməsiylə Nikol Paşinyan çoxvektorlu siyasətini nizamlamağa çalışır.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Lepexin deyib. Onun sözlərinə görə, bundan sonra Ermənistanda hərbi və iqtisadi blok Rusiya ilə, maliyyə bloku isə Qərblə aktiv çalışacaq:
“Niyə Qriqoryan kimi açıq sorosçunu güc blokundan xarici siyasətə keçirirlər? İrəvan Rusiyaya münasibətdə daha praqmatik olmağa, yəni Rusiyadan mümkün qədər maksimum nəsə sıxıb çıxartmağa çalışacaq.
Paşinyan hökuməti qlobalizm tələsinə doğru gedəcək. Faktiki olaraq Ermənistanda gələn ilin payızından ikisektorlu iqtisadiyyat yaranacaq. Rusiya erməni iqtisadiyyatının çox zərərlərini qarşılamaq yükünü üzərinə götürəcək, Ermənistanın hakim sinfi isə Qərbin dəstəyi hesabına erməni iqtisadiyyatından götürdüyü qaymaq hesabına piylənəcək”.