İnstaqramda ən çox izləyiciyə sahib olaraq rekorda imza atan dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun fit bədən formasına sahib olmaq üçün saxladığı pəhriz məlum olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ulduz idmançının "Yuventus" futbol klubundan olan dostu Dauda Piter futbolçunun hər zaman eyni pəhrizi saxladığını və qazlı içkilər içmədiyini deyib:
"Ronaldo illərdir brokoli, toyuq, düyü yeyir və bir litr su içir. Qətiyyən qazlı içkilərdən istifadə etmir".
Qeyd edək ki, Kriştiano Ronaldonun İnstaqramda 305 milyon izləyicisi var.