Türkiyənin ölkəmizdəki keçmiş səfiri cənab Hulusi Kılıçın Axar.az-a müsahibəsi:

- Cənab səfir, ötən gün Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 103-cü ili tamam olub. Silahlı Qüvvələrimizlə bağlı fikirləriniz maraqlıdır…

- Can Azərbaycanımızın Silahlı Qüvvələrinin 103-cü ilini təbrik etməklə sözlərimə başlamaq istəyirəm. İ̇nsanlıq var olduqca, inşallah, Azərbaycan Silahlı Qüvvələr Günü də qeyd ediləcək. Biz Azərbaycan Ordusuna öz ordumuz kimi baxırıq və Türk Silahlı Qüvvələrinə də Azərbaycanda eyni münasibət var. Ölkə başçılarının da hər zaman dedikləri kimi, Azərbaycanın gücü Türkiyənin gücüdür, Türkiyənin gücü də Azərbaycanın gücüdür. Bu bizim strategiyamız və gələcəyə baxışımızdır. Müasir Azərbaycan Ordusu iki aydan da az bir vaxtda, 44 gün içərisində Ermənistan ordusunun 70%-ni məhv etdi və torpaqları işğaldan qurtardı. Əlbəttə, Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsində əsas rol Ali Baş Komandan İlham Əliyevindir. Cənab prezident ordunun modernləşdirilməsi üçün nə lazımdırsa, onu edib. Bunun üçün Türkiyə, İsrail, Rusiya, Belarus kimi ölkələrdən müasir silahlar və hərbi texnika alınıb. Azərbaycan Ordusu çevik və son texnologiya ilə təchiz edilmiş bir ordudur. Bildiyimiz kimi, Azərbaycan Ordusu Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 26 iyun 1918-ci ildə qurulub. Həmin dövrdə də Ordunun qurulmasında Qafqaz İ̇slam Ordusunun çox böyük dəstəyi və xidmətləri olmuşdur. Azərbaycan ikinci dəfə müstəqilliyini yenidən qazandıqdan sonra Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq gün keçdikcə inkişaf edib.

- Türkiyə və Azərbaycanın hərbi sahədə əməkdaşlığının perspektivi nə vəd edir?

- Müstəqilliyin yenidən bərpasından sonra Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblərə cavab verməsi üçün hər cür yardımı göstərib. Azərbaycan Ordusunun və zabitlər yetişdirən Heydər Əliyev adına Ali Hərbi Məktəbinin yenidən modernizasiya edilməsində Türkiyənin də böyük əməyi var. Mənim səfir kimi fəaliyyət göstərdiyim 2008-2012-ci illər arasında da bu əməkdaşlıq dinamik şəkildə inkişafa davam etdi. 16 avqust 2010-cu ildə Türkiyə və Azərbaycan arasında imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında”Anlaşma Şuşa Bəyannaməsinədək olan dövrdə ən önəmli anlaşmadır. Anlaşmada eyni zamanda bütün digər sahələrlə yanaşı, hərbi sahədə geniş və dərin miqyasda əməkdaşlıq başladı. Bir müddət sonra isə birgə hərbi təlim keçirilməsi mütəmadi xarakter aldı. Yüzlərlə, minlərlə gənc Türkiyənin müxtəlif hərbi məktəblərində peşəkar zabit kimi yetişdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmət etməyə başladı. Bütün bu amillər Azərbaycanın 44 günlük savaşda qələbəsini şərtləndirdi. Azərbaycan Ordusu müharibə zamanı nizam-intizamlı ordu olduğunu dünyaya göstərdi. Əməkdaşlığımız bundan sonra da yüksək səviyyədə davam edəcək.

- Sizcə, Türkiyə bu gün Azərbaycan Ordusuna daha hansı töhfələri verə bilər?

- Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda qarşıda duran əsas vəzifə Azərbaycan Silahlı Qüvvələrinin Türk Ordusunun kiçik bir modeli şəklində yenidən qurulmasıdır. Bunun üçün fəaliyyətlər həyata keçirilir. Digər tərəfdən NATO-nun ikinci güclü ordusu olan Türkiyənin təcrübəsindən yararlanma imkanı Azərbaycan Silahlı Qüvvələrinə üstünlük gətirən cəhətdir. Yəni Azərbaycan Cənubi Qafqazda NATO-da ikinci güclü orduya sahib Türkiyə kimi qardaşı olan yeganə dövlətdir. Ö̈lkələrimiz arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq davam etdirilir. Cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Türkiyə Azərbaycana bazar kimi baxmır. Biz Azərbaycana müttəfiq kimi baxırıq.

- Şuşa Bəyannaməsi haqqında fikirlərinizi bilmək istərdik...

- Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi əməkdaşlığı ən üst səviyyəyə qaldırıb. Bəyannamənin aşağıdakı bəndləri bu sahədə əməkdaşlığa necə böyük önəm verildiyini bir daha göstərir:

“Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.

Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər”.

Bütün bu sadalanan məsələr ölkələrimiz arasında hərbi əməkdaşlığın güclənərək davam edəcəyini açıq şəkildə ortaya qoymaqdadır.

22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu
20 Noyabr 2024 İsrail Palmiraya zərbə endirdi: 36 ölü, 50 yaralı
20 Noyabr 2024 Qərbin Ukraynaya icazə verməsi sübut edir ki... - Zaxarova
20 Noyabr 2024 ABŞ Qəzza ilə bağlı bu qətnaməyə veto qoydu