"Həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində 2015-ci il iyulun 24-dən indiyədək 18 min 220 terrorçu zərərsizləşdirilib. Yalnız bu il məhv edilən terrorçuların sayı isə 1366 nəfərdir"
.
Milli.Az unikal.org-a istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 2-ci ordu qərargahını ziyarəti zaman jurnalsitlərə açıqlamasında bildirib.
O, Əfqanıstanın paytaxtı Kabulda Həmid Karzay adına Beynəlxalq Hava Limanı ilə bağlı ABŞ-ın hərbi heyəti ilə görüş barədə də danışıb. O qeyd edib ki, bu, Əfqanıstan üçün həyati əhəmiyyət daşıyan, ölkənin xaricə açılan qapısıdır: "Məsələ ilə bağlı danışıqlar davam edir. Hələ ki qərar qəbul olunmayıb".