İyunun 12-də Azərbaycan və Ermənistan iki ölkə arasında və ümumilikdə, Cənubi Qafqazda gərginliyi azaltmaq üçün vacib addımlar atıb. Bu bəyanatla Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və səfir Riçard Hoqland çıxış ediblər.

Xəzər Siyasət Mərkəzindən Axar.az-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyinə görə saxlanılan 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və Ermənistan Azərbaycanın nəzarətinə qayıdan ərazilərdə tank və piyada əleyhinə yerləşdirilən minaların xəritələrini təqdim edib. Mübadilə Gürcüstan-Azərbaycan sərhədində Gürcüstan hökumət nümayəndələrinin iştirakı ilə reallaşıb.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2020-ci ilin noyabrında imzalanan, Ermənistan və Azərbaycan arasında döyüşlərə son qoyan atəşkəs bəyanatına baxmayaraq, son aylarda gərginliyin ciddi şəkildə artdığının vurğulandığı bəyanatda deyilir: “Azərbaycanın saxlanılan erməniləri geri qaytarması və Ermənistanın əvvəllər işğal olunmuş ərazilərin minalardan təmizlənməsinə yardım edəcək məlumatları təqdim etməklə bağlı qərarı Cənubi Qafqazda artan gərginliyin dayandırılmasında vacib rol oynayır. Ümidvarıq ki, hər iki ölkə davamlı sülhün qurulması yolunda daha qətiyyətlə irəliləyəcək”.

“Eyni zamanda, Ermənistan və Azərbaycan hökumətlərinin iyunun 12-də atdığı addımlar nə qədər vacib, zəruri və yüksək səviyyədə qarşılansa da, on illərlə davam edən qarşıdurmaya son qoymaq və hər iki ölkəyə davamlı sülh yaratmağa kömək etmək üçün səylər davam etdirilməlidir. İyunun 12-də atılan addımlar mərkəzləşdirilmiş, dayanıqlı və yüksək səviyyəli diplomatiyanın təsirli ola biləcəyini göstərdi. ABŞ, ATƏT-in Minsk qrupu və təsir gücünə malik digərləri prosesi irəli aparmaq üçün çalışmağa davam etməlidirlər” – deyə bəyanda vurğulanır.

22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu
20 Noyabr 2024 İsrail Palmiraya zərbə endirdi: 36 ölü, 50 yaralı
20 Noyabr 2024 Qərbin Ukraynaya icazə verməsi sübut edir ki... - Zaxarova
20 Noyabr 2024 ABŞ Qəzza ilə bağlı bu qətnaməyə veto qoydu