İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 78-ə çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, İsrailin raket zərbələri nəticəsində indiyədək Qəzzada 72 nəfər həlak olub.
Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin 17-si uşaq, 6-sı qadındır.
"HAMAS"ın İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində isə 6 nəfər həlak olub. Ölənlər arasında həm mülki vətəndaşlar, həm də hərbçilər var.
Xatırladaq ki, mayın 10-dan etibarən İsrail və "HAMAS" arasında gərginlik artıb.
Tərəflər bir-birinə raket zərbələri endirib.
İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, Qəzza ərazisindən İsrailə indiyədək 1000-dən çox raket atılıb.