Ermənistan cəmiyyəti üçün, əfsuslar olsun ki, Azərbaycan Prezidenti İlham Əliyev həmişə həqiqəti deyib. İrəvandan isə daim yanlış məlumat yayılır.
Axar.az xəbər verir ki, bu barədə erməni siyasi icmalçı Qalust Qriqoryan yazıb.
Onun sözlərinə görə, söhbət əvvəllər və hazırda ölkə rəhbərləri arasında baş tutan pərdəarxası danışıqlardan gedir:
“Onun (İlham Əliyevin) 2016-cı ildə Rusiyada pərdəarxası görüşdən sonra Serj Sərkisyan haqda sözlərini xatırlayaq. O zaman Əliyev bildirmişdi ki, Sərkisyan ona Azərbaycan ərazilərini azad etməyi vəd edib və bunun üçün ona cəmi iki həftə vaxt lazım olduğunu da bildirib. O zaman hamı Azərbaycan liderinin bu sözlərini təkzib edən Sərkisyana inanmışdı, lakin bir neçə ildən sonra cəmiyyət Sərkisyanın Əliyevə verdiyi vəd barədə həqiqəti öyrəndi. Belə misallar çoxdur. Ermənistanın başında duran bütün insanlar düz danışmağı Əliyevdən öyrənməlidir”.
Qriqoryan onu da yazıb ki, Köçəryan, Sərkisyan və Paşinyan dəfələrlə yalan deyiblər, Əliyev isə, erməni tərəfi boynuna almaq istəməsə də, həmişə həqiqəti deməyi xoşlayıb.