44 günlük müharibədəki yalanları ilə Azərbaycan oxucusuna yaxşı tanış olan, nəticədə ermənilərin də nifrətini qazanan Artsrun Ovannisyan Ermənistan Müdafiə Nazirliyinin Kadrlar və hərbi-təhsil siyasəti baş idarəsinin təhsil şöbəsinin müdiri vəzifəsindən istefa verib.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, Ovannisyan istefa ərizəsini 1 həftə əvvəl yazıb.
Məlumata görə, onun istefa verməsinə səbəb müdafiə naziri Vaqarşaq Arutyunla olan fikir ayrılığı olub.
Qeyd edək ki, Artsrun Ovannisyan Vətən müharibəsi zamanı Ermənistan ordusunun məğlubiyyətlərini üstünü ört-basdır etmək və erməni ictimaiyyətinə cəbhədən yalan xəbərlər sırımaqla məşğul idi. Ermənistanın 10 noyabr kapitulyasiyasından sonra “xəstələnən”, “infarkt” olduğunu bildirən Ovannisyan MN-də vəzifəsini dəyişməklə fəaliyyətini davam etdirirdi.