ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə məktub göndərməsi və ölkə başçısının şəxsində Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etməsi hər şeydən öncə yeni ABŞ rəhbərliyinin ölkəmizə dost münasibətinin göstəricisidir.
Prezident Baydenin məktubunda ölkəmizlə əməkdaşlığa verilən önəm ondan xəbər verir ki, ABŞ rəhbərliyi bölgəmizdə faydalı qarşılıqlı əməkdaşlığın, eləcə də sülhün və təhlükəsizliyin təmin edilməsində Azərbaycanı vacib tərəfdaş hesab edir və bundan sonra da bütün istiqamətlərdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindədir.
Prezident Baydenin öz məktubunda ifadə etdiyi fikirlər onu deməyə əsas verir ki, Ermənistan siyasi dairələri və erməni diasporu növbəti dəfə öz əsassız ümidlərində yanılıblar. Uzun bir dövr ərzində ABŞ-da şəbəkələnərək kök salmış və ABŞ Konqresinin bir sıra üzvülərinə ciddi təsir qüvvəsi əldə etmiş Amerikadakı erməni lobbisinin yeni ABŞ rəhbərliyi qarşısında diskreditasiya etmək cəhdləri iflasa uğrayıb. Co Baydenin Azərbaycan Prezidentinə göndərdiyi məktub bir daha göstərdi ki, ABŞ-ın Cənubi Qafqaz bölgəsində apardığı siyasət saxta faktlar əsasında uydurulmuş erməni demaqogiyasına yox, real siyasət zəminində praqmatik və uzaqgörən proqnozlara əsaslanır. Müasir beynəlxalq siyasətin qarşılıqlı faydalı, sülh və təhlükəsizlik prinsiplərinə əsaslanan əməkdaşlıq isə həm ABŞ-a, həm də Azərbaycana uzunmüddətli siyasi və iqtisadi dvidendlər vəd edir.
Ermənistan siyasi dairələri də nəhayət mövcud siyasi reallıqlardan çıxış etməli və bölgəmizdə sülhün və təhlükəsizliyin inkişafına tövhə verməyə tələsməlidir.