Əfqanıstanda İŞİD və Əl-Qaidə kimi terror təşkilatları var və xarici qüvvələr geri çəkiləcəyi təqdirdə bu təşkilatlar ölkədəki siyasi quruluşu ələ keçirə bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi Con Sopko çıxış edib.
Sopko hesabatında ABŞ-ın 2002-ci ildə bu yana Əfqanıstanı yenidən inşa etmək üçün 143 milyard dollar xərclədiyini, bu məbləğin 62 faizinin əfqan ordusunun təlim və təchizatı üçün istifadə olunduğunu vurğulayıb:
"Ötən ilin 29 fevralında Dohada Talibanla ABŞ arasında imzalanan müqavilədən sonra gərginlik daha da artıb. Müqaviləni imzalayan dəstəkçilər geri çəkilərsə, heç bir qurum Əfqanıstanda bir neçə aydan çox fəaliyyət göstərə bilməz".