ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde İrəvanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirir.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.
ATƏT rəsmisi Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.
A.Linden Ermənistanın baş naziri Nikol Paşinyan və prezidenti Armen Sərkisyanla da görüşəcək. Görüşdə tərəflər Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, martın 14-də Ann Linde Bakıda səfərdə olub. ATƏT sədri Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.