Normal təfəkkürlü insanlar nikaha girərkən ilk növbədə ailə qurmağı, uşaqlarının olmasını, onları tərbiyə edib cəmiyyətə yararlı fərd yetişditməyi düşünür. Buna görə də toy işıqlı, müsbət bir təntənəli mərasim hesab olunur. Bu cür gözəl mərasimi nasist ideologiyalı bir tədbirə çevirmək həmin cəmiyyətin uçurumun bir addımlığında olmasının bariz nümunəsidir.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bir neçə gündür Xankəndidə “artsax”ın qondarma “hökuməti” tərəfindən toy mərasimi keçirilməsi və orada mehrabın qarşısında gül və hədiyyələr əvəzinə cütlüklərə odlu silahlar hədiyyə edilməsinə münasibət bildirərkən deyib.
Həmsöhbətimizin sözlərinə əsasən, nikah zamanı cütlüklərə gül əvəzinə avtomat və tapança təqdim edilməsi həmin cəmiyyətin şüurunun nə qədər çürüməsinin göstəricisidir:
“Analoji faşist düşüncəli təvəkkürlə bu və digər cəmiyyəti yaxşı heç bir şey gözləyə bilməz. Orada ailə dəyərləri əvəzinə müharibə, zorakılıq təbliğ edilir. Bu tip addımlarla onlar yaxşı heç nə əldə etməyəcək”, - deyə Korotçenko vurğulayıb.