Kremlin güc strukturları ilə uzun illər yaxından işləmiş rusiyalı hərbi jurnalst Andrey Soldatov sensasion iddia irəli sürüb.
Axar.az xəbər verir ki, Soldatov “Spetsefir” kanalının canlı yayımı zamanı Kremldən bəzi vacib məlumatların sızdığını bildirib.
“Ukraynadakı hərbi əməliyyat Kremlin planına əsasən ən geci bir aya Rusiyanın tam qələbəsi ilə bitməli idi. Lakin hadisələr Putinin planı üzrə getmədi və o, Kremldə satqın ovuna başladı. İlk zərbə Rusiya Federasiyası Federat Təhlükəsizlik Xidmətinin (FSB) tərkibində fəaliyyət göstərən gizli kəşviyyat qurumunun yüksək rütbəli generallarına dəydi. Belə ki, general Sergey Besedanın hazırda ev dustaqlığında olduğu bildirilir. Məlumata əsasən general Beseda Putina döyüşlərlə bağlı səhv məlumatlar verilməsində iddiham olunur”, - deyə o qeyd edib.
Həmçinin Soldatov qeyd edib ki, daha bir neçə rus generalın hazırda sorğuda olduğu baradə məlumatlar da mövcuddur.
DİN-in Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin 07.04.2022-ci il tarixində keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə "jam_guliyev" kimi tanınan Cəmil Quliyev saxlanılmış və onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında Metamfetamin (patı) aşkarlanıb.
Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə doğru inkişafına sadiq qalırıq.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O qeyd edib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında, sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılması ilə bağlı görüşü alqışlayıb.
"Dövlət katibinin (Entoni Blinkenin) bir gün əvvəl, aprelin 5-də iki liderlə danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarını təşviq etməyə davam edirik”, - diplomat bildirib.
Rusiya prezidenti Vladimir Putinin əmri ilə Ukraynada müharibə başlayandan ABŞ və Avropanın hədəfindədir.