“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
“İkinci istiqamət Azərbaycanda qazlaşma ilə əlaqədardır. Bu sahədə Azərbaycan dünya ölkələri arasında ən yüksək qazlaşdırma səviyyəsi olan ölkələrdən biri, bəlkə də birincisidir - 96.5%.
Lakin burda nəzərə almalıyıq ki, qazlaşdırma ilə bağlı layihələr iki mənbədən təmin olunur. Onlardan birincisi, dövlət büdcəsindən ayırmalardır, ikincisi SOCAR-ın, bizim “Azəriqaz”ın imkanları hesabınadır.
Dövlət bu məsələlərdə daha çox “Azəriqaz”ın vəsaiti hesabına məsələlərin həllini tövsiyə edir. Onu da nəzərə almaq lazımdır ki, böyük ərazilərimizin, daha çox insan məskunlaşan ərazilərin qazlaşdırma ilə bağlı sualları yoxdur. Adətən bunlar kiçik dağ kəndlərdir”, - deyə nazir müavini bildirib.