Hələbdə vəziyyətin gərginləşməsi Suriyanın suverenliyinə qəsddir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz hakimiyyətin bu bölgədə asayişi bərpa edəcəyini gözləyirik”, - o bildirib.
Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması Hələb və İdlib istiqamətində hücuma keçərək, bir çox kəndi nəzarət altına alıb. Onlara qarşı Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə döyüşür.